Səhiyyə
04.05.2021 / 17:00
Koronavirus infeksiyasına yoluxanların sayı AÇIQLANDI
11923
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 21 289 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, bu günə qədər isə ümumilikdə 3 279 163 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay