BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
11887
Samir Əliyev: “Qarşıda banklarımızı pandemiyadan başqa texnoloji çətinliklər də gözləyir”

 

“Ötən il bank sektorunda müsbət meyllər də az deyil: banklar kapitalı 2,5% artıb, filial şəbəkələri 439-dan 455-ə yüksəlib, işçilərin sayı isə 18391-dən 18708-ə artıb”. 

Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.

Bu meyllərin məhz bankların fəaliyyətindən qaynaqlandığını görməyin xoş olduğunu deyən ekspertin fikrincə, ancaq təhlil edəndə bəzən bu meyllərin dövlətin dəstəyi hesabına yarandığını görmək mümkündür:

“Məsələn, bankların xalis mənfəəti əvvəlki illə müqayisədə 5,8% artıb. Halbuki bu müddətdə cəmisi 7 bankın xalis mənfəəti artıb, bir bank isə sadəcə zərərini azalda bilib. 18 bankın xalis mənfəətində isə azalma qeydə alınıb. Xalis mənfəətin artmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın həcminin əhəmiyyətli dərəcədə azalması (60%) olub. Çünki 2019-cu illə müqayisədə bankların əməliyyat mənfəəti 5,3% azalıb. Xüsusi ehtiyatların həcminin azalması isə dövlətin dəstək planı nəticəsində kreditlərin restrukturizasiyası və aktivlərin təsnifləşdirilməsi tələblərinin nisbətən yumşaldılması ilə bağlıdır”.

Qeyd edək ki, məqalədə pandemiyanın bank sektoruna təsirini qiymətləndirmək üçün 2020-ci ilin göstəricilərinə nəzərə salınıb. Bu qiymətləndirmə daha çox ilkin təsirləri əhatə edir. Çünkü pandemiya hələki bitməyib. 

Bu məsələyə toxunan S.Əliyev, artıq 2021-ci ilin 4 ayının geridə qaldığını, pandemiyanın isə həm insanlara, həm də iqtisadiyyatlara zərər vurmaqda davam etdiyini vurğulayıb. 

Onun sözlərinə görə, pandemiyanın səhiyyəyə tam məğlub olacağı gün hələ də dəqiq bilinmir: 

“Deməli, bank sektoru bir müddət pandemiyanın fəsadları ilə mübarizə aparmalı olacaq. Karantin məhdudiyyətlərinin yumşaldılması fonunda iqtisadi aktivliyin artması bank sektorunda da müəyyən canlandırma yaradıb. Bankların kredit qoyuluşunda və depozit cəlbində cüzi də olsa artım meylləri müşahidə olunur. Qarşıda isə banklarımızı pandemiyadan başqa texnoloji çətinliklər də gözləyir. Rəqəmsal valyutaların tətbiqinin aktuallaşması bank sektorunu pandemiya və neft amilindən də ağır sınaqlarla üzləşdirə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Vahid Əhmədovun oğlu hakim təyin olundu

Aysel Soltanova vəzifəsindən azad edildi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Prezident İlham Əliyev Antalyada Şimali Kiprin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

MTK-dan alınan mənzilə necə çıxarış əldə edə bilərik?

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Cəzadan azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verildi

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin