Səhiyyə
04.05.2021 / 11:22
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri kəskin artıb – RƏSMİ RƏQƏMLƏR
11886
Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub.
Valyuta.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci illə müqayisədə 4,7% çoxdur.
Son nəticədə BSM-nin yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.
Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox– 22,219 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 70,9% artaraq 299 min manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 56.03 milyon manata düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay