BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7708
  • RUB
    1.7061
  • TRY
    0.0477
  • GBP
    2.0984
11870

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

Nazirlikdən bu barədə Valyuta.az-a bildirilib ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dənizdə dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnazlaşdırılır. 

Havanın dəyişməsi ilə bağlı gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılacaq.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürüləcək və müvafiq təlimatlar veriləcək. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin ediləcək.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə ediləcək. 

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ-dakı ən yaxşı üç bank: Müştərilərin seçimi

Bu şirkətin dövlətə külli miqdarda vergi borcu var

Xakerlər “Nasdaq”ı hədəf aldı: Altcoin reklamı etdilər

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

“ByteDance” süni intellekt modeli təqdim etdi - “OpenAI” ilə rəqabət aparacaq

“ByteDance” süni intellekt modeli təqdim etdi - “OpenAI” ilə rəqabət aparacaq

“Kamil İnşaat” 12 500 manat cərimələnə bilər

Böyük Britaniya “Apple” və “Google”un mobil ekosistemlərini araşdıracaq

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

“Aztrade” hansı qaydaları pozub?

DOST Agentliyinin milyonluq tenderi ləğv edildi

"Hidro Master" MMC-ə cərimə protokolu tərtib edilib

“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verildi

Dövlət qurumu “Xaçmaz-Şərab”ı məhkəməyə verdi

Bank kartlarından 4000 manata yaxın pul oğurlandı - 5 nəfər saxlanıldı

“Azər-Türk Bank” tələbləri pozub - Mərkəzi Bank sərəncam verdi

Hərbi formanı qanunsuz daşıyanların cərimələri artırılır

Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu

Çağırışçılarla bağlı qanuna dəyişiklik edilir

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə qismində veriləcək

Bu gecə Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq

Korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağan olunur

Hikmət Mirzəyevə yeni müavin təyin olundu

Biləsuvarda yeni fabrik açılıb - 70-80 nəfər işçisi olacaq

İrandan gətirilən turşu lavaş, ərik qurusu, şirin çörək yararsız çıxdı

Doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib

"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin