BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
11849

2020-ci il Azərbaycanın iqtisadiyyatının digər sahələri kimi bank sektoru üçün də ağır sınaqlarla dolu oldu. Bir tərəfdən COVİD-19 pandemiyasının ilboyu davam edən məhdudlaşdırıcı tədbirlərinin iqtisadi aktivliyi minimuma endirməsi, digər tərəfdən 44 gün davam edən Vətən müharibəsi fonunda fövqəladə vəziyyətin elan edilməsi bank sektoruna təsirsiz ötüşmədi. Nəticədə bankların iqtisadiyyata töhfəsi daha da məhdudlaşdı, gəlirlərinin azalması səbəbindən əhalinin bank resurlarına çıxışı çətinləşdi.

Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.

Onun sözlərinə görə, ötən ilin bank sektorunda yadda qalan əsas hadisə ilin əvvəlində 4 bankın bağlanması oldu: 

“Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə Atabank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçdi. Əvvəlcə Mərkəzi Bankın 28 aprel 2020-ci il tarixli qərarları ilə Atabank ASC və Amrah Bank ASC-nin, sonra isə 12 may 2020-ci il tarixli qərarları ilə AGBank ASC və NBCBank ASC-nin lisenziyaları ləğv edildi.

Ləğvetmə nəticəsində ölkə üzrə fəaliyyətdə olan bankların sayı 26-ya düşdü.  4 bankın bağlanması pandemiya ilinə təsadüf etsə də əslində məsələnin kökü 2015-ci ildə ölkədə baş vermiş kəskin devalvasiyadan qaynaqlanır. Məhz həmin devalvasiya nəticəsində banklar zərbə aldılar və onların təxminən 1/3-i bazarı tərk etməli oldu”. 

S.Əliyev vurğulayıb ki, devalvasiyadan sonrakı 5 il ərzində bazarda qalmış bəzi bankların böhrandan çıxmaq cəhdləri nəticə vermədi: 

“Mərkəzi Bankın açıqlamaları göstərdi ki, hər 4 bankın məcmu kapitalı nəinki Mərkəzi Bankın müəyyənləşdirdiyi minimal normadan – 50 milyon manatdan azdır, hətta mənfi zonada düşüb. Yəni bu bankların qanunvericiliyə uyğun fəaliyyəti üçün ümumilikdə ən azı 677 milyon manat tələb olunur. Yaranmış problem devalvasiyadan sonrakı dövrlərdə həllini tapmamış qalıb. Bu isə 2016-2019-cu illərdə tənzimləyici qurum səlahiyyətlərini icra etmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə vaxtında müdaxilə etməməsinin nəticəsi idi”.

Ekspert qeyd edib ki, bankların fəaliyyətinin tənzimlənməsi səlahiyyəti 2019-cu ilin noyabrında yenidən Mərkəzə Banka qaytarıldıqdan sonra yeni tənzimləyici bank sektorunun sağlamlaşdırılmasını hədəflədi: 

“Bankların bağlanması qərarının bir qədər gec verilməsi isə növbədənkənar parlament seçkilərinin təyin edilməsi nəticəsində “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin uzadılmasının mümkünsüz olması ilə bağlıdır. Çünki bu Qanunun müddətinin uzadılmaması əmanətçilərin əksəriyyətini kompensasiyadan kənarda qoyurdu. Yeni parlament formalaşdıqdan sonra Qanunun qüvvədə olma müddəti mart ayında daha 9 ay uzadıldı və aprel ayında 4 bankın bağlanmasına başlandı. Bu baxımdan 4 bankın bağlanması qərarını pandemiyanın təsirləri ilə əlaqələndirmək çətindir”.

Onun fikrincə, pandemiyanın bank sektoruna təsirini qəbul etməmək də mümkünsüzdür: 

“Çünki rəsmi statistik məlumatlar və bankların hesabatları devalvasiyanın fəsadlarından yenicə qurtulmuş bank sektorunun yeni çətinliklərlə üzləşdiyini daha dəqiq göstərir. Xüsusilə də  2018-2019-cü illərdə bank sektorunda müşahidə edilən müsbət tendensiyanın 2020-ci ildə yenidən mənfiyə keçməsi bu hipotezi daha da gücləndirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin