"Rabitəbank"ın İdarə Heyətinin sədri dəyişdi - Yeni Təyinat (FOTO)
“Rabitəbank”ASC-nin Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb.
Bankdan verilən məlumata görə, sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti Sədrinin birinci müavini olaraq davam etdirəcək.
1993-cü ildən bəri təsis edilmiş “Rabitəbank” hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay