BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11751

Azərbaycanda 2000-ci illərin əvvəlindən avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə edilsə də, hələ də avtomobil sayına görə aşağı göstəriciyə sahib ölkələr sırasındayıq.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ölkəmizdə 385 min ədəd avtomobil olub. Avtomobil sayı 2000-ci ildə 438 minə, 2005-ci ildə 612 minə, 2010-cu ildə 982 minə, 2015-ci ildə 1,322 milyona, 2020-ci ilin sonunda 1,47 milyona çatıb. Müqayisə göstərir ki, 2000-ci ildən sonra avtomobil sayı 3,35 dəfə artıb. 

Valyuta.az Sfera.az-a istinadən bildirir ki, avtomobillərin sayı artmaqla yanaşı, hər 1000 nəfərə düşən sayda da artım qeydə alınıb. 1992-ci ildə hər 1000 nəfərə 52 avtomobil düşdüyü halda, 2000-ci ildə 55, 2010-cu ildə 110, 2020-ci ildə 145 avtomobil düşüb. Yəni, hər 1000 nəfərə düşən avtomobil sayı  2,63 dəfə artıb.
 
Avtomobillərin sayının artmasına baxmayaraq, Azərbaycan dünyada həm ümumi avtomobil sayına, həm də 1000 nəfərə düşən avtomobillərin sayına görə geridə olan ölkələrdən sayılır.
 
Dünyada ən çox avtomobil Çindədir. Bu ölkədə avtomobillərin sayı 380 milyonu ötüb. Ancaq Çində hər 1000 nəfərə 262 ədəd avtomobil düşür. 2009-cu ildə bu göstərici 205 idi. 

Çini 290 milyon ədədlə ABŞ izləyir. Lakin burada 1000 nəfərə düşən avtomobil sayı olduqca yüksəkdir. Belə ki, ABŞ-da hər 1000 nəfərdən 840-nın avtomobili var. 

Keçmiş sovet respublikaları arasında ən çox avtomobil Rusiyadadır. Rusiyada 58 milyon ədəd avtomobil var və onun hər 1000 nəfərə düşən sayı 390-dır. 

Avtomobil sayı Ukraynada təxminən 10 milyon (1000 nəfərə 240 ədəd), Qazaxıstanda 3,9 milyon (1000 nəfərə 215 ədəd), Belarusiyada 3,8 milyon (1000 nəfərə 424 ədəd), Özbəkistanda 2,6 milyon (1000 nəfərə 78 ədəd), Qırğızıstanda 1,5 milyon (hər 1000 nəfər 212 ədəd), Gürcüstanda 1,3 milyon (1000 nəfərə 342 ədəd), Moldaviyada 1,05 milyon (1000 nəfərə 260 ədəd), Ermənistanda 540 mindir (100 nəfərə 180 ədəd). 

Adambaşına düşən gəlir səviyyəsi yüksək olan ölkələrdə avtomobillərin sayının daha çox olduğu müşahidə edilir. Avropada hər 1000 nəfərə düşən avtomobil sayı 630 ədəddir. Bu göstərici Lüksemburqda 780 ədəddir. 

Min nəfərə düşən avtomobil sayına görə ən yüksək göstərici isə San-Marinoda (1400 ədəd), Monakodadır (1000 ədəd). 

Müqayisələr göstərir ki, Azərbaycanda avtomobil sayı azdır. Ölkəmizdə avtomobil sayının az olmasını 2 səbəblə əlaqələndirmək olar. Birinci səbəb avtomobil yollarının ötürücülük qabiliyyətinin artan avtomobil sayına uyğun olmamasıdır. Bu səbəbdən, xüsusən, Bakının yollarında ciddi avtomobil sıxlığına rast gəlinir. Sıxlığın qarşısını almaq üçün 2014-cü ildən ölkəmizə avtomobil idxalı çətinləşdirilib.

İkinci səbəb idxalda avtomobilə çəkilən xərcin böyük paya sahib olmasıdır. İdxalın təxminən 10 faizi avtomobil və onların ehtiyat hissələrinin alışına çəkilən xərcdən ibarətdir. 2014-cü ildə avtomobil idxalında çətinlik olmasaydı, idxalın 15 faizi məhz avtomobil idxalının payına düşəcəkdi. Buna görə də 2014-cü ildən davamlı olaraq idxal vergi və rüsumlarında artım həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin