BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11745

Ölkənin rəsmi milyonçularının siyahısını tərtib edilib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Haşiyəyə çıxaraq qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

Valyuta.az xəbər verir ki, İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib. 

Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditaroyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.

Araşdırmalar göstərir ki, "Premium Bank"ın sahibi Zərifə Mehdiyeva ölkənin ən zəngin səhmdarıdır. O, adıçəkilən bankın səhmdar kapitalına 130.6 milyon manat yatırıb. Ötən il isə "Premium Bank" ona əlavə olaraq 3.3 milyon manat qazandırıb. Bu şəxsi tanımayanlar üçün qeyd edək ki, Zərifə Mehdiyeva "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. O həm də "Gazelli" şikrətlər qrupunun təsisçisidir.

Vaxtilə Hikmət İsmayılov "Bank of Baku" və "AFB Bank"ın səhmlərini alanda mətbuat bu şəxsə bu cür iltifat etmişdi: "Ölkənin ilk milyonçusu..." 

Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Mətbuat yazır ki, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Yeri gəlmişkən, onun haqqında bu yaxınlarda Index.az saytında geniş yazı dərc olunub. Hikmət İsmayılov "AFB Bank" və "Bank of Baku"ya toplamda 86.4 milyon manat yatırıb. Təkcə 2020-ci ildə iş adamı iki bankdan 15 milyon manat qazanıb.

Ölkənin tanınmış bankirlərindən olan Eldar Qəribovun, necə deyərlər, bir əli "Unibank"ın üstündədir. İndiyədək investor banka dəfələrlə yatırım edib və son məlumata əsasən, bankın səhmdar kapitalında 108.6 milyon manatı var. O, səhdmar qismində ötən il 9.5 milyon manat qazanc əldə edib. Qəribov həm də bankın Müşahidə Şurasının sədridir.

Bank sektoruna yatırım edən şəxslər sığorta sektorundan da pul qazana bilir.

Məsələn, Hikmət İsmayılovun qazancı yalnız "AFB Bank" və "Bank of Baku" ilə kifayətlənmir. Bu şəxs "AzSığorta" şirkətinin yeganə səhmdarıdır. Başqa sözlə, o, sığorta şirkətinin 20.3 milyon manatlıq səhmdar kapitalının tamamına sahibdir. Üstəlik, şirkət ötən il iş adamına 1.9 milyon manat qazandırıb.

"Rabitəbank" səhmdarları da sığorta sektorunda gələn gəlirlərdən cibini doldurub. Məsələn, Rauf Əliyevin aktivində 5.5 milyon manat var. Nəzakət İsmayılova və Zaur Quliyev isə "Rabitəbank"da pay sahibi olmasalar da, "Meqa Sığorta"da Rauf Əliyev ilə eyni məbləğdə vəsaiti mövcuddur.

"İpək Yolu" sığorta şirkətinin səhmdarları arasında olan Cəmilə və Məlahət Əsgərovalar ayrı-ayrılıqda 38.74% paya sahibdir. İki bacının şirkətdə 5.7 milyon manatı var. Şirkət xanımlara təkcə 2020-ci ildə 760 min manat qazandırıb. Qeyd edək ki, onlar AZAL rəhbəri Cahangir Əsgərovun və "Premium Bank"ın sahibi Zərifə Mehdiyevanın qızlarıdır.

Əlavə edək ki, səhmdarlar əksər hallarda həm də bankın və ya sığorta şirkətinin menecmentində (adətən Müşahidə Şurasında) təmsil olunur. Bu isə onlara əməkhaqqı və bonus qazanmağa şərait yaradır. Hesabatlarda ödənilən əməkhaqqı və bonusların məbləği ümumiləşdirilib göstərildiyindən, hər şəxs üçün ayrıca hesablamaq mümkün deyil. Lakin təxmin etmək çətin deyil ki, söhbət minlərlə manatdan gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin