BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
11720

Yaxın zamanlarda İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılacağı planlaşdırılır.

Valyuta.az-ın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla ilə İsrail hökumətləri arasında Birgə Komissiyanın 2-ci iclasında çıxış edərkən deyib.

O, dövlət başçılarının siyasi iradəsinin, iki ölkənin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb: 

“Azərbaycan və İsrail arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir”. 

İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb.

Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri, İsrail sahibkarlarını ölkədə yaradılan sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi M. Cabbarov və Q. Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsərrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda taksi kəskin bahalaşdı

Yol polisi sürücülərə müraciət etdi

Nadir idman avtomobili hərraca çıxarıldı

Avro və rubl manat qarşısında ucuzlaşdı

Avtobuslarla bağlı vəziyyət necədir? - RƏSMİ

“Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

Kriptovalyuta bazarında eniş yaşanır

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin