İKT
30.04.2021 / 09:52
“Twitter”in son üç ayda gəliri 28 faiz artıb
11717
Bu ilin birinci rübündə “Twitter” şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 1,04 milyard ABŞ dollarına çatıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Ned Seqal məlumat verib.
Onun sözlərinə görə, “Twitter”in reklam gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 889 milyon ABŞ dolları olub.
Şirkətin gözləntilərinə görə, “Twitter”in ikinci rübdəki ümumi gəliri 980 milyon ABŞ dollarından 1,08 milyard ABŞ dollarına çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay