BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11699

2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən Valyuta.az-a verilən xəbərə görə, ilk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. 

Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da //eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin