BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
11587

"Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq".

Valyuta.az xəbər verir ki, bu sözləri tanınmış həkim Qalib Əsədov Azərbaycanda həkimlərin sertifikasiyası prosesini şərh edərkən deyib.

Onun sözlərinə, Həkimləri Təkmilləşdirmə İnstitutu sözün hər mənasında hələ 60-cı ildədir: 

"Bir neçə il bundan əvvəl Səhiyyə Nazirliyi Davamlı Tibbi Təhsil haqqında olduqca mühüm sənəd hazırladı. Əslində tam doğru qərar idi və özünü həkim adlandıran kəs, daim yenilikləri oxumalı, tibb elmində baş verən dəyişikliklərdən xəbər tutmalı və müalicədə tətbiq etməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Davamlı Tibbi Təhsil tək bizdə yox, demək olar ki, bütün ölkələrdə tətbiq olunur. Amma necə? Həkim il ərzində müəyyən saat həcmində elmi konfranslarda, seminarlarda iştirak etməlidir”. 

Onun sözlərinə görə, əgər 5 il ərzində konfransda iştirak etməyibsə, eyni zamanda həkimlik fəaliyyəti ilə məşğul olmayıbsa, ancaq və ancaq, bu zaman imtahan verməlidir:

“Bəz bizdə? Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq. Sovetlərdən qalan bir Həkimləri Təkmilləşdirmə İnstitutu var. Doğrudur, mən özüm də sovetlərdən qalmışam. Amma mən heç olmasa 3-4 ildən bir xaricə gedirəm, yeni materialları öyrənirəm, dünyada baş verən tibbi hadisələrlə maraqlanıram. Bu institutda isə sözün hər mənasında hələ 60-cı ildir. Və biz həkimləri məcbur edirlər ki, hər il o İnstituta filan qədər pul ödəyək ki, "kredit" adlandırdıqları bal versinlər. Kredit olmasa, sertifikat imtahanına buraxılmayacağıq. Sertifikat imtahanının suallarını kim tərtib edib, bilmirəm, amma tam əminəm ki, 1950-ci illərin rus kitablarından tərcümə əsasında yaradılmış, olduqca primitiv və indi elmi təsdiqini tapmayan suallar. Təsəvvür edin, Beynəlxalq nüfuzlu elmi praktik konfransda iştirak edirsən, kredit yoxdur, amma Həkimləri Təkmilləşdirmə İnstitunun Balansına pul keçirirsən - 60 kredit hazırdır. Bunun nəyi Davamlı Tibbi Təhsil oldu? Sertifikat imtahanları da həmçinin”.

Həkim vurğulayıb ki, hər 5 ildən bir pul keçirib, müalicədə heç bir rolu olmayan, ücüncü kursda tələbə vaxtı keçdiyimiz suallara cavab verməliyik: 

“Yeri gəlmişkən, suallar da, cavablar da əvvəlcədən var və "almaq" olur. Sadəcə yaxşı əzbərçilik lazımdır. Belə olmaz cənablar! Ətrafda XXİ əsrdir! İnsanlar Səhiyyə sisteminin indiki durumundan narazıdır və haqları da var. Məqsəd yaxşı həkim kadrları hazırlamaqdırsa, lütfən heç uzağa getmək lazım deyil, qardaş Türkiyənin təcrübəsini tətbiq edin...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin