BNA-nın tələbi ilə qarajların sayı 36-ya çatıb - Vüsal Kərimli
Avtobusların istismar bazasının olması onların saxlanması üçün əsas amillərdən biridir.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2015-ci ilə qədər qarajlar bərbad vəziyyətdə idi, bir çox daşıyıcılar avtobusları yol kənarında saxlayırdı, sürücülərin tibbi yoxlanışı olmurdu, əmək müqaviləsi ilə işləmirdi:
“İctimai nəqliyyat əsas ictimai xidmətlərdən biridir. Bura gətirilən avtobuslar son beynəlxalq tələbələrə cavab verdiyinə görə 10-15 ilə qədər öz qiymətini doğrulda bilər. Amma burada əsas məqsəd əhalinin əsas sosial qisminin rahat nəqliyyata təmin olunmasıdır. BNA-nın tələbi ilə qaraj infrastrukturu düzəlib, sayı 36-ya çatıb. Bunlardan 11-i standartlara uyğundur, onlardan 9-u dövlət, ikisi daşıyıcı şirkətlərə aiddir, digərlərinin yaxşılaşması üçün də işlər görülür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay