“Google” və “Microsoft” şirkətlərinin gəlirləri artıb
Dünyanın texnoloji nəhəngləri bu ilin ilk rübündə öz gəlirlərinin artdığını göstərən hesabat təqdim ediblər.
Valyuta.Az təqdim edilən heabata istinadən xəbər verir ki, sözügedən nəhəng şirkətlər arasında ən çox gəlir əldə edənlər ABŞ şirkətləri “Google” və “Microsoft” olub.
“Microsoft” şirkətinin təqdim etdiyi hesabata görə, şirkətin ümumi aktivlərini həcmi keçən ilə münasibətdə 19% artaraq 41,7 milyard dollara çatıb. Keçən il göstəricilərinə görə bu rəqəm 35 milyard dollar idi. Şirkətin xalis gəlirləri isə küçən illə müqayisədə 10,7 milyard dollardan 15,5 milyard dollara qalxıb.
Digər texnologiya nəhəngi olan “Google” şirkətinin ümumi aktivlərinin sayı 44% artaraq 55,3 milyard dollara çatıb. Belə ki, bu göstərici keçən il 41,2 milyard dollar idi. Şirkətin xalis aktivərinin həcmi isə 6,8 milyard dollardan qalxaraq 17,9 milyard dollar olub.
Tərcümə edən: KAMRAN XƏLİLOV
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay