BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
11561

Artıq xeyli müddətdir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə bəzi şəxslərin etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşları aldatması və ödəniş edilməsi qarşılığında işlə təmin edilməsi ilə bağlı oxşar müraciətlər daxil olmaqdadır.

Bu barədə Valyuta.az-a ASC-dən bildirilib. 

Qeyd olunur ki, müraciətlərin araşdırılması zamanı, ölkənin müxtəlif regionlarında bir qrup şəxs tərəfindən “PAŞA Sığorta” ASC adından istifadə etməklə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsənildiyi məlum olub: 

“Belə ki, həmin şəxslər insanları müəyyən məbləğdə pul ödənilməsi müqabilində “PAŞA Sığorta” ASC-də işə qəbul ediləcəyi vədiylə aldadıblar. Sözügedən məsələ ilə bağlı daxil olmuş müraciətlər və aparılmış araşdırmaların nəticələri əsasında tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilmiş və müvafiq tədbirlər görülüb”.

“PAŞA Sığorta” vətəndaşlara bildirir ki, bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur: 

““PAŞA Sığorta” və onun əməkdaşları tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan qeyri-qanuni olaraq heç bir pul vəsaiti tələb edilə bilməz. Şirkətdə işə qəbul prosesi iş etikası çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf və hər kəsə bərabər imkanlar yaratmaqla həyata keçirilir. Şirkət tərəfindən elan olunan vakansiyalar şirkətin rəsmi internet saytının “Karyera” bölməsində yerləşdirilir (//www.pasha-insurance.az/career/#vacancies_list)və daimi olaraq yenilənir. Müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər öz CV-lərini recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərə bilərlər”.

ASC bir daha ölkə vətəndaşlarına müraciət edərək maksimum dərəcədə diqqətli olmağa, belə şəxslərə və yalançı vədlərə aldanmamağa çağırır: 

“Oxşar təkliflərlə rastlaşdıqda şirkətimizin baş ofisinə və ya bölgələrdəki nümayəndəliklərinə, habelə hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin