BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
11524

Mədəniyət Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğuları) qalibi məlum olub.

Valyuta.az Yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Omsun TK Grup” MMC (VÖEN-170982491) olub.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Omsun TK Grup” MMC-ilə 5 lot üzrə ümumilkdə 72 min 436 manatlıq müqavilə bağlayıb.

Məlumat üçün bildirək ki, “Omsun TK Grup” MMC – 18.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tender müsabiqələrilə bağlı dövlət satınalmaları vahid internet portalında elan yerləşdirməyib. Tender müabiqəsinin icrası 23 aprel tarixindən başladığı üçün qalibi olan MMC tender elanından təxminən 3 ay əvvəl yaranıb. 

Cəmi 3 əvvəl yaranan və 72 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Aşurlu Elşad Cavanşir oğludur. 

Qeyd edək ki, 18.01.2021-ci il tarixlərində “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Aşurlu Elşad Cavanşir oğlunun qanuni təmsilçi olduğu “Gekson-AZ”, “AV-Kom Ltd”, “Ferqon Company” və “Tetlom AZ Qrup” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.

Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında  onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.

“Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”  ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

 

Adı

Ünvan

Qanuni təmsilçi

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"YUFQAN TK"

Abbasqulu Abbaszadə, ev 1/B

QARAYEV SEYMUR VƏLİY

10 manat

11.01.2021

"FIRE AZLTD"

Abbasqulu Abbaszadə, ev 1/B

QARAYEV SEYMUR VƏLİY

10 manat

11.01.2021

"ELSON AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

QARAYEV SEYMUR VƏLİY

10 manat

11.01.2021

"YENI BAKI AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

QARAYEV SEYMUR VƏLİY

10 manat

11.01.2021

"EGE-NEV TK QRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

QARAYEV SEYMUR VƏLİY

10 manat

11.01.2021

"MOLINAR GRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR

10 manat

11.01.2021

"MARSAL TK"

Abbasqulu Abbaszadə, ev 1/B

ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR

10 manat

11.01.2021

"DELONOR AZ QRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR

10 manat

11.01.2021

"SEFKOM AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR

10 manat

11.01.2021

"HÜNƏR AS LTD"

Abbasqulu Abbaszadə, ev 1/B

ALLAHVERDİYEV ŞƏHRİYAR ŞÜKÜR

10 manat

11.01.2021

"MUFKAT COMPANY"

Abbasqulu Abbaszadə, ev 1/B

TURABOVA ZEYNƏB HABİL

10 manat

11.01.2021

"DERMUN GRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

TURABOVA ZEYNƏB HABİL

10 manat

11.01.2021

"FOKUS SM GRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

TURABOVA ZEYNƏB HABİL

10 manat

11.01.2021

"AFRODITA TM"

Abbasqulu Abbaszadə, ev 1/B

TURABOVA ZEYNƏB HABİL

10 manat

11.01.2021

"FEREDOS AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

SƏFƏROV RƏŞAD MURTUZA

10 manat

14.01.2021

"GEKSON-AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

AŞURLU ELŞAD CAVANŞİR

10 manat

18.01.2021

"AV-KOM LTD"

Abbasqulu Abbaszadə, ev 1/B

AŞURLU ELŞAD CAVANŞİR

10 manat

18.01.2021

"FERQON COMPANY"

Abbasqulu Abbaszadə, ev 1/B

AŞURLU ELŞAD CAVANŞİR

10 manat

18.01.2021

"OMSUN TK GRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

AŞURLU ELŞAD CAVANŞİR

10 manat

18.01.2021

"TETLOM AZ QRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

AŞURLU ELŞAD CAVANŞİR

10 manat

18.01.2021

"FAKTORIYA AZ"

Abbasqulu Abbaszadə, ev 1/B

BABAYEV ELŞƏN AZƏR

10 manat

25.01.2021

"TEQVIM AZ LTD"

Abbasqulu Abbaszadə, ev 1/B

BABAYEV ELŞƏN AZƏR

10 manat

25.01.2021

"EKO-LINE QRUP"

Abbasqulu Abbaszadə, ev 1/B

BABAYEV ELŞƏN AZƏR

10 manat

25.01.2021

"DEMLON AZ COMPANY"

Abbasqulu Abbaszadə, ev 1/B

HÜSEYNOV FÜZULİ ADİL

10 manat

25.01.2021

"FELON ASCOMPANY"

Abbasqulu Abbaszadə, ev 1/B

HÜSEYNOV FÜZULİ ADİL

10 manat

25.01.2021

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”  ünvanda qeydiyyatdan keçən daha bir şirkət dünən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olub. 

“Qaçqınkom” məcburi köçkün ailələrinin köçürülməsi üçün “Mufkat Company” MMC (VÖEN-1702978111)  ilə 15 min 540 manatlıq müqavilə bağlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin