
“Mida”-dan kombilərin alınması üçün 2,2 milyon manatlıq TENDER
“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılmasına 2,2 milyon manatdan çox vəsait yönəldəcək.
Valyuta.az xəbər verir ki, www.etender.gov.az saytında dərc olunmuş məlumatda, MİDA-nın müsabiqə əsasında seçilmiş “BIMD” MMC ilə müvafiq müqavilə bağladığı qeyd edilib.
Müqavilənin dəyəri 2 milyon 239 min 222,87 manatdır.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Gəncədə 1, Sumqayıtda isə 2 yaşayış kompleksinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay