Maliyyə
26.04.2021 / 11:29
Bu il manatın dövretmə sürəti neçə faiz azalıb? - AMB
11438
Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib.
Valyuta.az Mərkəzi Bankının yaydığı hesabata əsasən məlumat verir ki, bu, martın 1-i ilə müqayisədə 0,11 bənd az, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən ilin aprelin 1-nə nisbətən isə 0,74 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay