Maliyyə
24.04.2021 / 16:11
İpoteka Fondu ipoteka kreditinin aylıq ödənişini nə qədər artırıb? - HESABAT
11412
Bu ilin mart ayında Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu (AİKZF) tərəfindən vətəndaşlara 53 milyon 760 min manat həcmində ipoteka krediti verilib.
Valyuta.az Mərkəzi Bankın yaydığı hesabata əsasən xəbər verir ki, bu məbləğdə ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 403 min manat və ya 4,5 faiz artıb.
İpoteka krediti vətəndaşa illik 6.34 faizlə və 282 ay müddətinə verilib. Kreditin aylıq ödənişi isə minimum 375.8 AZN təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ipoteka kreditinin illik dərəcəsi 6.42 faiz və aylıq ödənişi 359.2 AZN olub. Bu da onu göstərir ki, bir il ərzində illik dərəcədə 0,08 faiz azalma, aylıq ödənişində isə 16,6 AZN artım baş verib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay