
24.04.2021 / 13:13
Tikinti şirkəti 8 min manat CƏRİMƏLƏNDİ
11401
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.
DİN-dən Valyuta.az-a verilən məlumata görə, aprelin 23-də Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə “Yüksək-İnşaat” tikinti şirkəti barəsində 8.000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay