Maliyyə
24.04.2021 / 13:06
Azərbaycanda POS-terminal və bankomatların sayı artıb
11398
Azərbaycanda POS-terminalların sayı mart ayı ərzində 529 vahid və ya 0,9% azalaraq aprelin 1-nə 58 184 ədəd təşkil edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 1 064 vahid və ya 1,9% artıb.
Məlumata əsasən, POS-terminalların 38 421 ədədi və ya 66%-i Bakıda, 19 763 ədədi və ya 34%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı mart ərzində 16 ədəd və ya 0,6%, ilin əvvəlindən isə 48 ədəd və ya 1,8% artıb. Bankomatların 1 451 ədədi və ya 52,5%-i Bakıda, 1 312 ədədi və ya 47,5%- isə regionlarda quraşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay