BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
11338

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Vergi Xidmətidən Valyuta.az-a bildirilib ki, xidmətin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində və Sabunçu rayonu ərazisindəki Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərinin və gəlirlərin gizlədilməsinə yol açır.

İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin