Naxçıvanda 57,7 MVt-lıq alternativ enerji sahələri yaradılır - RƏSMİ
Cari ilin I rübündə muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 57,7 MVt gücündə yeni elektrik stansiyaları tikilir.
Valyuta.az Naxçıvan Dövlət Statistika Komitəsinin yaydığı rüblük hesabata istinadən xəbər verir ki, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunun Maxta kəndində 35/10 kilovoltluq transformator yarımstansiyası, Şərur şəhərində yüksək gərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılıb.
Muğanlı kəndində isə hazırda 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi davam etdirilir.
Muxtar respublikada 11,4 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib. Ümmumilikdə isə 7 transformator yarımstansiyası quraşdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay