BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
11233

“Müstəqil aqrar sığorta eksperti seçilmək üçün ölkədə fəaliyyət göstərən baytar, aqronom və digər əlaqəli ixtisasların sahibləri müraciət ediblər. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2 test imtahanında uğurla iştirak edən və Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdən keçən şəxslər müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar”.

Bunu Valyuta.az-a açıqlayan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hazırda 14 mütəxəssisin (9-u heyvandarlıq, 4-ü bitkiçilik) aqrar sığorta eksperti kimi fəaliyyətə başlaması nəzərdə tutulur. 

Onun sözlərinə görə, gələcəkdə onların sayının artması və bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur:

“Müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyətə başlaması ölkənin bütün ərazisində aqrar sığorta sisteminin səmərəli tətbiqinə imkan verəcək. Bu isə öz növbəsində sığorta hadisələrinin sürətli və ədalətli tənzimlənməsinə, sığorta ödənişlərinin operativ şəkildə həyata keçirilməsinə imkan verəcək. Əksəriyyəti bölgələrdən olan müstəqil ekspertlər aqrar sığorta fəaliyyəti ilə yanaşı, öz iş yerlərində ənənəvi fəaliyyətlərini də davam etdirə biləcəklər”.

Fuad Sadıqov, müstəqil aqrar sığorta eksperti xidməti ödənişli olduğunu qeyd edib: 

“Belə ki, ekspertlərin həyata keçirdiyi xidmətlərə görə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı ödənilir. Bundan başqa, ekspertlərin təsərrüfatlara səfəri zamanı yol xərci də Fond tərəfindən qarşılanır. Başqa sözlə, ekspertin fəaliyyəti üçün fermerlər tərəfindən əlavə xərclər tələb olunmur”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi müstəqil aqrar sığorta eksperti sertifikatının alınması ilə bağlı növbəti imtahan elan edib. İmtahan may ayında keçiriləcək və müvafiq ixtisasların sahibləri imtahanda iştirak üçün müraciət edə bilərlər.

Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılıb. 2020-ci ilin sonunda fəaliyyətə başlayan aqrra sığorta mexanizmi vasitəsilə heyvandarlıq (südlük inək və camışlar), 14 bitki növünü (arpa, buğda, çəltik, qarğıdalı, üzüm, çay, pambıq, portağal, naringi, limon, fındıq, şəkər çuğunduru və kartof) və akvakultura (balıqçılıq) məhsullarını sığortalamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin