BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11182

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq".

Valyuta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov, Prezident İlham Əliyevin çıxışını şərh edərkən səsləndirib. 

Onun sözlərinə görə, Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır:

“Deməli, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq. İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. 

Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanılıb”.

Onun sözlərinə görə, həmin müddətdə Zəngəzur dəhlizinin də istifadəyə hazır olacağı gözlənilir: 

“Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə, Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz.

Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir. Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin