
20.04.2021 / 16:00
Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT
11153
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.
Valyuta.az Azvision.az-a istinadən xəbər verir ki, Ülkər Kazımova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi təyin edilib.
Ülkər Kazımova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsi, Florida Universitetində isə beynəlxalq vergi üzrə magistr dərəcəsinə yüksəlib.
O, Professional karyerasına Vergilər Nazirliyində vergi müfəttişi kimi başlayıb, daha sonra fəaliyyətini “PWC” şirkətində baş vergi məsləhətçisi kimi davam etdirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay