BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
11152

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Fateh-2019” MMC (VÖEN- 1505303741) olub.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Fateh-2019” MMC tenderin qalibi kimi “Azərbaycan Dəmir Yolları” QSC-yə  27 min 160 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.

Məlumat üçün bildirək ki, “Fateh-2019” MMC  4 ay əvvəl – 21.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Fateh-2019” MMC  dövlət qeydiyyatına alındıqdan 2 ay sonra Müdafiə Nazirliyinin keçirdiyi 20 min manat dəyərində abadlaşdırma işlərilə bağlı tender müsabiqəsində də qalib olub.

Ötən il “Fateh-2019” MMC ilə eyni hüquqi ünvanda – “Fətəlixan Xoysk pr. ev 138A, m. 49” ünvanında daha 6 şirkət qeydiyyata alınıb və bu ünvanda qeydə alınan 7 MMC-dən 5-nin qanuni təmsilçisi eyni şəxs – Verdizadə Pərviz Saday oğludur.

 

Adı

Ünvan

Qanuni təmsilçi

Nizamnamə kapitalı

Qeydiyyat tarixi

"FONTİN"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

VERDİZADƏ PƏRVİZ
SADAY

10 manat

29 İyun 2020

"MODRENTİ 2020"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

VERDİZADƏ PƏRVİZ
SADAY

10 manat

29 İyun 2020

"MİQES MALİ"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

ŞOTAEVA ASUDƏ
HƏZRƏT

10 manat

3 Sentyabr 2020

"PRAMDİ 2020"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

ŞOTAEVA ASUDƏ
HƏZRƏT

10 manat

3 Sentyabr 2020

"SUMARİ"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

VERDİZADƏ PƏRVİZ
SADAY

10 manat

18 Dekabr 2020

"DUNKARIS"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

VERDİZADƏ PƏRVİZ
SADAY

10 manat

18 Dekabr 2020

"FATEH-2019"

Fətəlixan Xoysk pr. ev 138A, m. 49

VERDİZADƏ PƏRVİZ
SADAY

10 manat

21 Dekabr 2020

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Xatırladaq ki, bu cür tender müsabiqələri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tez-tez keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin