Nəqliyyat
20.04.2021 / 09:57
Bu ölkədə elektromobillər üçün yeni “yanacaqdoldurma” məntəqələri açılır
11106
Macarıstanda son bir il ərzində elektromobillər üçün ictimai “yanacaqdoldurma” məntəqələrinin sayı dörddə bir artıb.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bu gün “MTI” agentliyi məlumat yayıb.
Bundan əlavə, həmin elektrikdoldurma stansiyalarının doldurma həcmi 30 faiz artaraq 7,1 kVt/saata çatıb.
Ötən il Macarıstanda elektromobillər üçün 1 320, ondan bir il əvvəl isə 770 ictimai elektrikdoldurma stansiyası olub. Elektrikdoldurma stansiyalarının sayına görə liderlik edən paytaxtdan sonra böyük şəhərlər Diyor (39), Keçkemet (37) və Sekeşfexervar (37) gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay