Azərbaycanın bu il Avropaya ixrac etdiyi təbii qazın həcmi AÇIQLANDI
Bu ilin yanvar-mart aylarında Azərbaycan Avropaya 114 157,79 min ABŞ dolları dəyərində 552 580,88 min kubmetr həcmində qaz ixrac edib.
Valyuta.az "APA-Economics"-ə istinadən xəbər verir ki, Avropaya ixrac edilən qazın 435 014,35 min kubmetri (1 949,05 min dollar dəyərində) İtaliyanın payına düşüb.
Bundan əlavə, hesabat dövründə Azərbaycan Yunanıstana 57 848,05 min kubmetr (16 212,32 min dollarlıq), Bolqarıstana isə 59 718,48 min. kubmetr (8 034,33 min dollarlıq) həcmində qaz ixrac edib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 548 955,64 min dollarlıq 4 118 611,23 min kubmetr qaz ixrac edib. Yanvar-mart aylarında Azərbaycan Gürcüstana 203 954,3 min dollar dəyərində 1 494 258,33 min kubmetr qaz nəql edib.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay