BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
11038

“Startap” şəhadətnaməsi ilə bağlı yenilik gözlənilir. Yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq”.

Bunu ATV telekanalının "İqtisadi zona" verilişinin qonağı olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov əlavə edib ki, bu şəhadətnamələri alan startaplar 3 il vergidən azad ediləcək:

“Startap” şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 il müddətinə azad edəcək.

Yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılması üçün onlayn satış platformasının istifadəyə verilməsi planlaşdırılır”.

KOBİA rəsmisi kiçik və orta biznes sahəsindəki başqa yeniliklərdən də məlumat verib:

“Digər bir yenilik onlayn təlim platforması ilə bağlıdır. 2021-ci ildə KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün onlayn videotəlim platfoması istifadəyə veriləcək.

Müasir təşkilati iqtisadi model olan klasterləşmə sahəsində də KOB-lara institusional dəstəyin göstərilməsi nəzərdə tutulur. KOBİA tərəfindən KOB klaster şirkətinə və KOB klaster iştirakçılarına şəhadətnamə veriləcək ki, bu onları bir sıra vergilərdən azad edəcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni dəstək mexanizmləri istifadəyə veriləcək”.

Xatırladaq ki, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır və “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər. //report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin