BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11014

"Mənzilin kirayə verilməsi ilə əlaqədar əldə edilən gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir". 

Valyuta.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən kirayə mənzil bazarında vergidən yayınmalara qarşı hansı mübarizə tədbirlərinin görüldüyü ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, mənzili kirayə verilməsi ilə əlaqədar kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, kirayəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır:

“Sonra hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir”.

Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayevanın adından daxil olan cavabda əlavə edilib ki, mənzili kirayə götürən şəxs əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi halda həmin şəxsin  vergi orqanında uçota alınma öhdəliyi yaranmır: 

"Eyni zamanda kirayə müqavilələri barədə məlumatlar vergi orqanına təqdim edildiyi halda vergi orqanları tərəfindən həmin məlumatlar vergilərin hesablanması zamanı əlaqəli məlumat kimi istifadə edilir. Vergi orqanları müxtəlif formalarda vergidən yayınan şəxslər barədə müvafiq məlumatlar əldə etdiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin hesablanmasını həyata keçirə bilər. Belə ki, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin fəaliyyətinin əhatə edən nəzarət forması olduğundan və mənzilin kirayə verilməsindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçotda olmadığından bu şəxslər vergi nəzarətinin əhatə etdiyi subyektlərə aid edilmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin