Azərbaycan qazı Avrasiyada aparıcı qüvvələrdən biridir - BEA
Azərbaycan qazı 2021-ci ilin birinci rübündə Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biri olub.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.
Qeyd olunur ki, 2020-ci ilin birinci yarısında Avrasiyada qaz hasilatının kəskin azalmasından sonra ilin ikinci yarısında da azalma davam edib:
"Artım yalnız 2021-ci ilin birinci rübündə, əsasən Azərbaycan və Rusiyada qaz hasilatının artması hesabına bərpa olunub".
Agentliyin məlumatına görə, 2020-ci ilin oktyabrından 2021-ci ilin fevralınadək Azərbaycanda qaz hasilatı əvvəlki illə müqayisədə 5 faiz artıb:
"Bu, böyük dərəcədə TANAP və TAP boru kəmərləri sistemi ilə ixracın artması ilə əlaqəli olub. TAP vasitəsilə Avropaya qaz ixracı bir milyard kubmetri ötüb".
Hesabatda bildirilir ki, Azərbaycanda 2020-ci ildə qaz hasilatı il ərzində 6 faizdən çox artaraq 26 milyard kubmetrə çatıb:
"Bu, əsasən TANAP boru kəməri ilə ixracın sürətlə artması ilə əlaqədar olub. Azərbaycan qazının Türkiyəyə ixracı illik müqayisədə əhəmiyyətli dərəcədə, 21 faiz və ya 2 milyard kubmetr artıb. Buna "Şahdəniz" yatağında hasilatın artması kömək edib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay