BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10991

"Artıq bir il tamam oldu ki, ölkə üzrə bütün təhsil sistemi, ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil əsasən “Microsoft Teams” platforması üzərində “oturub”.

Valyuta.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Ötən ilin 2 aprel tarixdən Covid-19 səbəbindən təhsil müəssisələri bütün tədris prosesini distant formada bu platforma üzərindən həyata keçdiklərini söyləyən O.Gündüz qeyd edib ki, ötən il Microsoft şirkəti Təhsil Nazirliyinin təklifi ilə  bu platformanı Azərbaycan dilinə də  tərcümə edib. 

Desktopun, mobil və veb versiyalarının aktiv olduğunu söyləyən ekspert, “Xarici data mərkəzlərdə yerləşən “milli təhsil platformamız” nə dərəcədə dayanıqlı hesab oluna bilər?” – deyə sual ortaya qoyub.

O, vurğulayıb ki, pandemiya başlanarkən bir ox ölkələrin milli təhsil platformaları hazır olduğundan, distant sahədə müəyyən hazırlıqlar olduğundan  onlar üçün tədrisin distant formada öz milli platformaları üzərindən  təşkilində elə də ciddi problem yaşanmadı: 

“Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən xarici resurs üzərində tədrisi gerçəkləşdirməyə başladı. Ölkəmizdə  elektron məktəb, e-learning  sistemlərinin zamanında qurulmamasını isə bu məqsədlə büdcədən milyonlarla vəsait alan İT şirkətin rəhbərləri çox gözəl bilirlər. Artıq “Microsoft Teams” və onunla yanaşı Microsoftun Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramları da Azərbaycan dilinə tərcümə edilib”. 

Yəni, Microsoft Teams proqramının milliləşdirilərək “Virtual məktəb” milli platformasına çevrildiyini qeyd edən ekspert “Bunu yetərli hesab etmək olarmı?” – sualını verib.

Sualı özü cavablandıran ekspert düşünür ki, çox funksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır bir işdir: 

“Uzun zaman və ciddi resurslar, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir. Eyni zamanda, TN Microsoft şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli adddımlar atıb. Texniki dəstək komandası formalaşıb. Funksionallığı xeyli genişləndirilib. TN-nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Microsoft Azərbaycan “ ofisi bu resursun dayanıqlığı, milliləşdirilməsi və dəstəklənməsi üzərində xeyli iş görüblər”.

Ötən ay Təhsil Nazirliyi ilə Microsoft  şirkətinin təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzaladıqlarını xatırladan ekspert, bütün bunları təqdirəlayiq hesab edir:

“Bildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün Microsoft-a xeyli vəsaitlər də ödəyir. Son zamanlar müşahidələr göstərir ki, “Virtual məktəb”-də bəzi funksionallıqlarda, xüsusilə də  video resursların saxlanlması ilə bağlı müəyyən məhdudiyyətlər olur.

Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün ayrıca , Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğru olardı”.

Eyni zamanda, Türkiyənin də özünə məxsus oxşar təhsil platforması oludğunu deyən O.Gündüzün fikrincə, aternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər: 

“Yəni,  fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır. Bu baxımdan  milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində  milli maraqlarımıza uyğun olardı. Fikrimcə TN, NRYTN, Elektron Hökumətin İnkişafı Mərkəzi  bu istiqamətdə indidən işlərə başlamalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin