Bank
16.04.2021 / 20:25
"Bank BTB”nin səhmdarlarının yığıncağı keçiriləcək
10969
Mayın 31-i saat 11:00-da "Bank BTB” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99 %-i Nigar Mehdiyevaya, 19,01 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay