Ötən il rəsmi maliyyə yardımının həcmi 66,8 milyard avroya çatıb – AVROPA İTTİFAQI
2020-ci ildə Avropa İttifaqı və Aİ-yə üzv olan 27 ölkə tərəfindən tərəfdaş ölkələrin inkişafı üçün ayrılan rəsmi maliyyə yardımlarının (Official Development Assistance) həcmi 15% artırılaraq 66,8 milyard avroya çatdırılıb.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsi (OECD-DAC) məlumat hazırlayıb.
İlkin məlumatlara əsasən, Aİ və sözügedən komitənin digər donorlarının ayırdığı qlobal maliyyə yardımlarının 46%-i Aİ-nin payına düşür. Bununla da Aİ dünyanın aparıcı donor mövqeyini bir daha təsdiqləyib.
Keçən il koronavirus pandemiyasına cavab olaraq Aİ və ona üzv ölkələr, Avropa maliyyə qurumları, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə "Team Europe" çərçivəsində Aİ-nin tərəfdaş ölkələrinə 40 milyard avrodan çox vəsait ayırıb.
Bu məbləğin 65%-i səhiyyə sisteminə dəstək, su təchizatının, sanitariya və qidalanma sistemlərinin yaxşılaşdırılması, eləcə də pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəldilmişdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay