Azərbaycanda avtomobil istehsalı azalıb – RƏSMİ
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 408 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,3% az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 267 ədəd təşkil edib.
01.03.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 169 ədəd təşkil etmişdi.
Yanvar ayında Azərbaycanda traktor istehsal edilməyib. Azərbaycanda fevral ayında 51 ədəd, mart ayında isə 39 ədəd olmaqla cəmi 90 ədəd traktor istehsal edilib.
İstehsal ötən ilin 1-ci rübü ilə müqayisədə 5,9% artıb. 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 89 ədəd təşkil edib. Traktorlar üzrə 01.03.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 120 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay