BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
10942

Almaniyaya mövsümlük işçi kimi gələn Gürcüstan vətəndaşları problemlə üzləşib.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Bavariya əyalətindəki bir çiyələk tarlasında çalışan azərbaycanlılar məlumat veriblər. 

Onların sözlərinə görə, ötən ay Almaniyaya mövsümlük işçi kimi gəliblər. Gürcüstanda olarkən Almaniyaya işçi kimi gəlmək üçün müqavilə bağladıqları şirkət onlardan adambaşına 100 avro pul alıb. 

Etiraz edən azərbaycanlılar əsasən Marnueli rayonundandır. Onlar bildirirlər ki, Almaniyaya gəldikdən sonra çalışdıqları çiyələk firmasının sahibi onları müqavilə ilə nəzərdə tutulmuş qaydalarda çalışdırmayıb.

“Bildiyiniz kimi bu ildən artıq Gürcüstan vətəndaşları Almaniyaya mövsümlük işçi kimi gedə bilirlər. Əsasən qulançar və çiyələk tarlalarında iş təklif olunur. Müqavilədə yazılmışdı ki, bizə saat başına 9,35 avro pul ödəyəcəklər, qalma yeri ilə təmin edəcəklər, bir otaqda maksimum iki nəfər qalacaq, koronavirusla bağlı tədbirlərə riayət ediləcək və hər həftə müayinədən keçiriləcəyik. Ancaq Almaniyaya gəldikdən sonra bu vədlərin demək olar ki, heç biri olmadı”- deyə şikayətçi azərbaycanlılar bildiriblər.

Onların sözlərinə görə, şərqi Avropadan, xüsusilə Rumıniyadan gələn işçilərin bir çoxu koronavirusa yoluxduqdan sonra, ölkələrinə qayıtmaq məcburiyyətində qalıblar. Bəziləri isə, qulançar tarlalarındakı işin ağırlığına görə geri qayıdıblar:

“Təsəvvür edin, bir otaqda 5-6 nəfər qalırıq. Vəd etdikləri 9,35 avro iş saatına görə yox, səhər qoyulan plana görə verilir. Məsələn, menecer gəlib səhər deyir ki, bu gün adambaşına 300-500 kilo çiyələk yığmalısız. Hava qaralır, iş saatı bitir, ancaq görürük ki, 200 kilo güclə yığmışıq. Bu günün kəsirini növbəti günə əlavə edib, tələb edirlər. Qısacası bizi burada çox ağır şərtlər altında işlədirlər”.

Şikayətçi Gürcüstan azərbaycanlıları bildiriblər ki, Bavariyadakı əmək müfəttişliyinə və yerli səhiyyə təşkilatına şikayət etdikdən sonra, tarlalarda yoxlamalar aparılıb:

“Ancaq bu yoxlamalar barədə əvvəlcədən xəbərdar olan firma sahibi bir gün öncəsindən hər şeyi qaydasına qoydu. Hətta bizə sürətli korona testi payladı. Yalnız nəticəsi neqativ olanlar tarlaya buraxıldı”.

Şikayətçilər bildiriblər ki, Gürcüstanda müqavilə bağladıqları şirkəti məhkəməyə verməyə hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin