
Xarici ticarətdə yaranmış müsbət saldonun həcmi AÇIQLANDI
2021-ci ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 79 ölkəyə məhsul ixrac olunub, 133 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2021-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4 milyard 515 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 903 milyon dollar, idxalın dəyəri 1 milyard 612 milyon dollar təşkil edib. Bunun nəticəsində də 1 milyard 291 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, İspaniya, Almaniya, Ukrayna, Portuqaliya, Birləşmiş Krallıq, ABŞ, İran, Xorvatiya, Belarus, İsveçrə, Avstraliya, İsrail və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1 faizi Rusiyanın, 14,8 faizi Türkiyənin, 12,6 faizi Çinin, 8,8 faizi Almaniyanın, 5,2 faizi ABŞ-ın, 3,9 faizi İranın, hər biri 3,8 faiz olmaqla Birləşmiş Krallıq və Ukraynanın, 3,1 faizi İtaliyanın, 2,0 faizi Norveçin, 1,9 faizi Koreyanın, 1,6 faizi Avstraliyanın, 1,5 faizi Polşanın, hər biri 1,4 faiz olmaqla Hindistan və Yaponiyanın, 1,3 faizi Fransanın, hər biri 1,2 faiz olmaqla Niderland və Braziliyanın, hər biri 1,0 faiz olmaqla Vyetnam və Belarusun, 13,4 faizi isə digər ölkələrin payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay