Maliyyə
16.04.2021 / 12:54
Azərbaycan bankları tərəfindən kredit qoyuluşlarının həcmi AÇIQLANIB
10918
2021-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyon 619 min manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı məlumat təqdim edib.
Məlumata görə, ümumi kredit portfelinin 12 milyon 089 min manatı və ya 82,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 917,5 milyon manat olub və ümumi kredit portfelinin 6,3 faizini təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay