ABŞ-Rusiya qarşıdurması dünya bazarlarına təsirsiz ötüşməyib – MİLLƏT VƏKİLİ
“ABŞ Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sansiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib”.
Valyuta.az xəbər verir ki, iki ölkə arasında yaranan gərginliyi şərh edən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.
Hələlik rəsmi Vaşinqtonun Moskva ilə əsas körpüləri yandırmaq niyyətində olmadığını deyən deputat qeyd edib ki, bununla belə, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib:
“Artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır. Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb. Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır”.
Ekspertin fikrincə, əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq, vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb:
“Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir.
Hələlik qlobal valyuta bazarında “sakitlik” müşahidə olunsa da regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay