BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10881

Müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341 min 413 fermer öz payızlıq əkinlərini bəyan edib.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. 

Qurum rəsmisi bildirib ki, daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283 min 908 fermerin subsidiya almaq üçün elektron müraciəti sistemdə formalaşıb:

"Bu günədək 245 min 927 nəfərə, yəni subsidiya müraciəti EKTİS-də formalaşmış fermerlərin 86,6 faizinə payızlıq əkinlərlə bağlı subsidiya ödənilib. Müraciəti təsdiqlənmiş digər fermerlərin payızlıq əkinlərlə bağlı torpaq və əkilmiş məhsul barədə məlumatları monitorinqə cəlb olunub. Monitorinqlərin aprel ayının sonunda tam yekunlaşacağı gözlənilir. Qaydalara əsasən, 10 hektardan yuxarı torpaq sahəsi olan fermerlər subsidiya almaq üçün öz sahələrindən aqrokimyəvi analiz verməlidir. Analizlərin verilməsi tamamlandıqdan və nəticələr EKTİS-ə daxil edildikdən sonra həmin kateqoriya fermerlərə də subsidiyaların ödənişi həyata keçiriləcək".

V.Hüseynov qeyd edib ki, hazırda Dövlət Aqrar İnkişaf mərkzələri tərəfindən əkin bəyanları ilə bağlı aparılan yerüstü müşahidələri tamamlanmış fermerlərin adları subsidiya ödəniş qrafikinə daxil edilir və monitorinq zamanı torpaq sənədləri və əkin məlumatları ilə bağlı problem aşkarlanmayan fermerlərə subsidiya ödənişləri intensiv qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin