Daşkənd-Bakı aviareysi bərpa oluna bilər - SƏFİR
Özbəkistan Azərbaycanla hava əlaqəsini bərpa etmək imkanlarını aktiv şəkildə nəzərdən keçirir.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online B2G Forum"da çıxış edərkən deyib.
Onun sözlərinə görə, söhbət Bakı-Daşkənd və Daşkənd-Bakı aviareyslərinin bərpasından gedir:
"Hazırda Özbəkistan bir sıra digər ölkələr arasında uçuşlar tədricən bərpa olunur və biz bunun üzərində fəal işləyirik. Özbəkistan hər kəs, turistlər də daxil olmaqla investorlar və sahibkarlar üçün açıqdır. Azərbaycanla Özbəkistan arasında birbaşa müntəzəm uçuşlar bərpa olunan kimi, loukoster uçuşlarının təşkili ilə də bağlı məsələni müzakirə edə bilərik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay