
14.04.2021 / 14:54
“Kəpəz” MTK-da yarım milyonluq yeyinti
10792
Bakıda bir neçə yaşayış binası tikən “Kəpəz” MTK-da yeyinti aşkarlanıb.
Valyuta.Az qafqazinfo-ya istinadən xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.
Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay