BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
10757

“2006-cı ilə qədər uşaqpulu verilirdi. Ləğv edildi, əvəzinə ünvanlı sosial yardım sistemi yaradıldı. Əsaslandırılması normal idi - uşaqpulu bütün uşaqları yox, yoxsul ailələrə verilsin. Ancaq çox təssüf ki, bu sistem ölü quruma, yoxsullara ayrılan vəsait isə korrusiya yeminə çevrildi”. 

Valyuta.Az xəbər verir ki, bu fikirlər “Güzəran” İctimai Birliyinin rəhbəri, iqtisadçı Qadir İbrahimliyə məxsusdur.

O uşaqpulu məsələsi ilə bağlı qeyd edir ki, rəsmi statistika ölkədə yoxsulluğun 5 faiz olduğunu deyir. “Yəni 500 min insan yoxsuldir. Ancaq ünvanlı sosial yardım bu zümrənin cəmi 63 faizini əhatə edir – 37 faiz isə kənarda qalıb. Hökumət özünün yoxsul elan etdiyi insanlara da sahib çıxmaq istəmir”.

Qadir İbrahimlinin sözlərinə görə, yoxsulluq kriteriyaları absurddur və heç bir tənqidə dözmür. “Sənin evində tozsoran və yaxud paltaryuyan varsa, ünvanlı sosial yardımın əhatə dairəsində ola bilməzsən. Yəni tozsoranı da, torpağını da satıb rəzil duruma düş, sonra yoxsul sayıl. Digər tərəfdən, ölkədə yoxsulluq həddi rəsmi statistikadan qat-qat çoxdur. 44 günlük müharibə günlərində sosial şəbəkələrdə xəbər yayıldı ki, Masallının Kolatan kəndində marketin sahibi ön çəbhədə xidmət edən əsgər ailələrinin 4500 manat borcunu silib. Kolatan balaca kənddir – cəmi 1500-ə yaxın əhalisi var. Təxminən 300 ailə. O 300 ailədən qoy 10-nun övladı döyüş bölgəsində xidmət etsin. Deməli, həmin 10 ailənin marketə ortalama 450 manat borcu olub. Kənd sakinlərinin bildirdiyinə görə, əhalinin yarıdan çoxunun həmin marketə borcu var”.

İqtisadçı-ekspert vurğulayır ki, ünvanlı yardımın əhatə dairəsinə düşənlərdən də, bəzi hallarda yardımın yarsını rüşvət formasında geri alırlar. “Bu artıq geniş yayılıb”.

“Güzaran”ın rəhbəri qeyd edir ki, hökumət, kütləvi uşaqpulu vermək istəmirsə, ünvanlı sosial yardım sistemini işlək vəziyyətə gətirməli, yoxsulluq kriteriyaları dəyişməli, ciddi statistikaya keçid etməlidir. “Yox, hökumət indiki status-kvonu saxlayacaqsa, onda zəhmət çəkib uşaqpulunu bərpa etsin. Yeri gəlmişkən, Avropa birliyi ölkələrində yoxsulluq həddi ortalama 15-17 faizdir. AB-də bahalı sosial xidmətlərə (təhsil, səhiyyə və s.) çıxış olmayanlar yoxsul sayılır və dərhal da dövlət himayəsinə alınır”.

Qadir İbrahimli uşaqpulunun verilməsi üçün maliyyə mənbəyi məsələsinə də toxunub. “Nəhayət, maliyyyə mənbəyi haqda. Nazirliklərin, eləcə də başqa dövlət qurumlarına inzibati bina tikintiləri dayandırılsın–heç bir iqtisad-sosial yükü olmayan layihələrdir. Dövlət xərcləri ixtisar edilsin, məsələn, niyə məmurun xidməti maşının qiyməti 50 min manat olmalıdır? Və yaxud niyə dövlət qurumları mebellərini hər il yenilənməlidir? Mənbələr çoxdur, yetər ki, istək olsun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin