BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
10751

Rusiya Dövlət Dumasındakı "Ədalətli Rusiya” fraksiyası pensiya yaşının qadın və kişilərdə indiki 60-65 yaş səviyyəsindən Sovet dövründə olduğu kimi müvafiq olaraq 55-60 yaşa endirilməsini təklif edib. Fraksiya həmçinin Pensiya Fondunun ləğvi və yalnız büdcədən maliyyələşmənin tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycana qadınlar 63,5 yaşında, kişilər isə 65 yaşda təqaüdə çıxır. Ölkəmizdə də Pensiya Fondu fəaliyyət göstərir.

Sfera.az-a açıqlamasında Rusiyada səslənən sözügedən təklifin Azərbaycanda da reallaşması məsələsinə toxunarkən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib ki,  ölkəmizdə pensiyaya çıxandan sonra vətəndaşın yaşama həddi bir sıra ölkələrlə müqayisədə 3-4 dəfə aşağıdır:

"Azərbaycanda orta yaş həddi bundan sonra hələ 40 il ərzində təxminən 71 yaş həddi ətrafında olacaq.  2027-ci ildə isə qadınlarla kişilərin pensiyaya çıxma yaşı bərabərləşdirilərək, hər  ikisi üçün 65 yaş həddində olacaq.  Bu isə o deməkdir ki, insanlar cəmi 6 il pensiya alacaq. Qanunvericiliyə görə isə orta pensiya dövrü 12 ildir.  Dünya təcrübəsilə müqayisə aparanda da görürük ki, pensiyaya çıxandan sonra azərbaycanlının yaşama həddi bir sıra ölkələrlə müqayisədə 3-4 dəfə aşağıdır.  Yaponiyada vətəndaş  67 yaşda pensiyaya çıxsa da, orada orta ömür 89 ildir.  Bu o deməkdir ki, yapon pensiyaya çıxandan sonra daha 22 il təqaüdü ilə yaşayır.  Eyni müqayisəni Kanada, Almaniya, hətta Baltikyanı ölkələrlə də apara bilərik”.
 
Sadalananlara əsasən  ekspert düşünür ki, Azərbaycanda 2017-ci ildə "Əmək Pensiyaları Haqqında” qanuna edilən dəyişiklik ədalətsizdir:  "Pensiya yaş həddi aşağı salınmalıdır. İndiki halda isə pensiyaçıların sayının ildən-ilə azaldığını müşahidə edirik”.

Pensiya Fondunun ləğvinə gəldikdə, R. Həsənov onun olub-olmamasının ciddi şəkildə nəyisə dəyişməyəcəyi qənaətindədir: "Onsuz da həmin fondun funksiyasının müəyyən hissəsi yəni,  yığım məsələsi Vergilər Nazirliyinə verilib. Dünya təcrübəsində Pensiya Fondları gəlirlərin toplanması və bölüşdürülməsilə yanaşı, vəsaitlərin idarə edilməsi prosesini də həyata keçirir.  Azərbaycanda isə sözügedən fond yalnız ikinci funksiyanı icra edir. Belə olan halda fondun görəcəyi iş sadəcə inzibati işdən ibarət olur. Xidmətlərin elektronlaşdığını, yığımları Vergilər Nazirliyinin həyata keçirdiyini nəzərə alsaq,  ölkəmizdə Pensiya Fondunun mövcud olub-olmaması ciddi şəkildə nəyisə dəyişmir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin