BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10734

"Cari ilin birinci rübünun başa çatmasından 13 gün ötsə də, sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndirilmir. Belə olanda da həlli vacib sosial problemlər artır, əhalinin güzəranı  daha da çətinləşir, istehlak qiymətləri sürətlə bahalaşır”.

Valyuta.Az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. 

Onun sözlərinə görə, bir ildən çoxdur ki, orta aylıq əmək haqqı davamlı olaraq azalır:

"Son zamanlar bəzi dövlət və özəl şirkətlərdə maaşlar ödənilmir, işzislik və yoxsulluq kütləviləşir. Pandemiyanın neqativ təsirlərindən və məhdudiyyətlərindən əziyyət çəkən kiçik və orta biznes əsassız cərimələr və büdcəyə əlavə ödənişlərlə yüklənərək çıxılmaz duruma salınır. Beləliklə də ölkədə iqtisadi həyat sönür, işgüzar fəallıq passivliklə əvəz olunur,  iqtisadiyyatda böhran müşahidə olunur və real sektor üzrə tənəzzül dərinləşir.
 
Azərbaycanda rəsmi məlumatlara görə, bu ilin 2 ayında sığorta bazarı 15,8 faiz, bankların  xalis mənfəəti  25,3 faiz, banklarda  depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, xarici ticarət dövriyyəsi 12,7 faiz, sənaye istehsalı 4 faiz, ÜDM istehsalı 3,2 faiz azalıb. Hətta  pandemiya dövründə əksər ölkələrdə pozitiv dinamikaya malik olan informasiya və rabitə xidmətləri  Azərbaycanda ilin ilk 2 ayında 4,5 faiz aşağı düşüb”.
 
Ekspert qeyd edib ki, ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirləri 43 faiz, əhalinin nominal gəlirləri 4 faizdən çox azalıb: "İş adamlarının, istehlakçıların rəylərindən məlum olur ki, bu il ötən illə müqayisədə xeyli pis başlayıb və belə davam edərsə iqtisadiyyat daha da acınacaqlı duruma düşə bilər. Odur ki, iqtisadiyyatın mövcud durumunun və onun hazırkı sosial nəticələrinin "böhran masası"nda müzakirəsini təklif edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin