Əhalinin neçə faizi xərclərini asanlıqla ödəyir? - Statistika
Azərbaycan əhalisinin 31,4 faizinin orta gəliri zəruri xərclərini çətinliklə, 68,6 faizinin gəliri asanlıqla ödəyir.
Belə bir nəticə "Məhrumiyyətlərə və Sosial İnklüzivliyə dair Statistik Müayinə” zamanı üzə çıxıb.
Gəliri ilə xərclərini böyük çətinliklə ödəyənlər əhalinin 1,1 faizini, çətinliklə ödəyənlər 5,3 faizini, bəzi çətinliklə ödəyənlər isə 24,9 faizini təşkil edir.
Əhalinin 44,8 faizi demək olar ki, asanlıqla, 19,2 faizi asanlıqla, 4,6 faizi çox asanlıqla xərclərini ödəmək imkanına sahibdir.
Müayinə nəticəsində bəlli olub ki, xərclərini çətinliklə ödəyənlər şəhər yerlərində yaşayan əhalinin 32,6 faizini, kənd yerlərində yaşayanların 30 faizini təşkil edir.
Bakıda əhalinin 35,4 faizi gəlirləri ilə xərclərini çətinliklə ödəyir. Bu göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda 41,5 faiz (ən yüksək), Abşeron iqtisadi rayonunda 30,1 faiz, Naxçıvan MR-da 2,7 faiz (ən aşağı) olub. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay