BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
10610

Aprelin 9-da SOCAR Tower-də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, irihəcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib.

Şirkətdən Valyuta.Az-a bildirilib ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak ediblər. Qonaqlar öncə SOCAR Tower-də yerləşən neft sərgisi ilə tanış olub, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət ediblər.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44 min quyunun 50 faizə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər. Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış videomüşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.

Müxtəlif fəaliyyət sahələrini idarə edən rəqəmsal sistemlər yeni yaradılmış Vizualizasiya Mərkəzində inteqrasiya olunub. Bu isə məlumatların vahid mənbədən əldə edilərək təkrarlanmaması və təhrif olunmaması, qərarların operativ şəkildə verilməsi üçün əlverişli zəmin yaradır.

SOCAR-ın Müşahidə Şurasının sədri M.Cabbarov Vizualizasiya Mərkəzi ilə bağlı deyib: “Bu gün açılışında iştirak etdiyimiz mərkəzin fəaliyyətə başlaması ilə bağlı SOCAR-ın rəhbərliyinə və kollektivinə öz təbriklərimi çatdırıram. Yeni rəqəmsal məlumat bazaları həm şirkətdə gündəlik idarəetmənin optimallaşdırılması, həm də mümkün fövqəladə vəziyyətlərə qarşı reaksiyanı təmin etmək üçün yeni imkanlar yaradır. SOCAR-ın əməkdaşlarına bu fəaliyyətlərdə uğurlar arzu edirəm”.

Tədbirdə qeyd olunub ki, yaxın aylarda Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə edilməsi üzrə SOCAR-ın Korporativ Planı əsasında Vizualizasiya Mərkəzində intensiv təlim-məşqlərin keçirilməsi nəzərdə tutulur. Bu plan fövqəladə hallar zamanı ölkədaxili və xarici əməliyyatların idarə edilməsini, strateji cavab tədbirlərinin təşkilini, müşahidə və nəzarət altında saxlanılmasını, eləcə də digər idarəetmə həllərini özündə birləşdirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev açılış tədbirində çıxış edərək deyib: “Ulu öndər Heydər Əliyevin bəyan etdiyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” prinsipinə əsaslanan SOCAR-ın SƏTƏMM siyasəti, eyni zamanda, baş verə biləcək hər hansı böhran vəziyyətinə və fövqəladə hallara da daima hazırlıqlı olmağı nəzərdə tutur. Bunun üçün bir çox layihələr işlənilir və əməkdaşlıq razılaşmaları əsasında tərəfdaşlarla təcrübə mübadilələri aparılır. Şirkətimizdə Sənaye 4.0 tələblərinə uyğun olaraq, əməliyyat effektivliyinin artırılması, fövqəladə halların baş verməməsi diləkləri ilə Mərkəzin fəaliyyətinə uğurlar arzulayıram”.

Qeyd edək ki, Vizualizasiya Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilib, mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində növbəti aylarda SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlərin təşkil olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

İcra hakimiyyətindən 15 min manatlıq tədbir

Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər

Bu Elektrik Stansiyasının 371 273 manat vergi borcu var

Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi

"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

Süni intellekt sosial media və interneti necə pozur?

"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu

Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı

"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

Bu şəxslərə pulsuz ev veriləcək

ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib®

İntiqam Babayev vəzifəsindən azad edildi

Vətən qızı Şuşada şirkət yaratdı

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir

Dünyanın ən bahalı şəhərləri açıqlanıb

“AccessBank”ın mənfəəti 39% azalıb

6,5 milyonu mənimsəyən sabiq DSMF əməkdaşına 14 il yarım iş verildi

Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək

Milli Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur?

Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır

İlk dəfə bu Forum Azərbaycanda keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin