BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10607

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təlim verdiyi daha 60 süni mayalanma mütəxəssisi fermerlərə xidmətə hazırdır.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə FAO-dan bildirilib.

Kənd Təsərrüfatı Nazirliyi FAO ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün təşkil edilən təlimlər sona çatıb. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə FAO tərəfindən həyata keçirilən “Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutan 5 təlim sessiyasında 60 nəfər mütəxəssis FAO-nun yerli və beynəlxalq ekspertləri tərəfindən təlimləndirilib, təlimi uğurla keçən şəxslər sertifikat və müvafiq avadanlıqlarla təmin olunublar. Layihə, həmçinin Respublika Süni Mayalanma Mərkəzinin bu sahədəki maddi-texniki bazasının gücləndirilməsinə də dəstək verib.

Kənd Təsərrüfatı Nazirliyinin, AKİA-nın, FAO-nun və Mərkəzin nümayəndələri təlimlərin bağlanış mərasimində təlimi uğurla başa vuran mütəxəssislərə sertifikat və müvafiq süni mayalanma avadanlıqlarını təqdim ediblər.

Qeyd edilib ki, təlimi uğurla keçmiş məzunlar hazırda ölkənin bir çox regionlarında öz fəaliyyətlərini davam etdirirlər və mütəmadi olaraq onların peşəkarlıq bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu da ölkədə süni mayalandırma mütəxəssislərinin sayının artırılması ilə ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın inkişafına, ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, ölkədə aqrar sahənin məşğulluğun payının artırılmasında mühim rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin