BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
10605

Fəaliyyəti hökumət tərəfindən qadağan edilən ANS ÇM Qarabağda radio açılması ilə bağlı qatıldığı müsabiqədə “yox” cavabı alıb.

Valyuta.az xəbər verir ki, bu barədə ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev məlumat verib.

V.Mustafayev, MTRŞ-nın (Milli TeleRadio Şurası) Qarabağda 102.7 FM tezliyində yeni radio uzrə müsabiqənin ilk və sonuncu toplantısının olduğunu bildirib:

“Xatırlatmaq istəyirəm ki, Azərbaycan və onun xaricində yaşayan milyonlarla azərbaycanlının daimi tələblərini nəzərə alaraq biz, Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayev adına ANS-ÇM Radiostansiyasını yenidən fəaliyyətə qaytarmaq və ən əsası, Qafqaz və Orta Asiyada ilk (1994-cü ildə yaranıb) radiostansiyasının təcrübəsini, əsasən də Qarabağ döyüşlərində qazanılan əvəzolunmaz təcrübəni dövlətimiz və xalqımızın qulluğuna həsr etmək üçün bu dəfə üç şirkətlə – İNS ÇM (Seyfulla Mustafayev), İSTİ PRESS (Sevda Həsənova) və ANS ÇM (Vahid Mustafa yev) kimi bu tendere qatıldıq.

Yadımdadır, vaxtlar var idi, namizədlərin avadanlıqlarını yoxlayardılar, yaradıcı kollektivi ilə tanış olardılar, redaktor və jurnalistlərin tərcümeyi-halı, cəza evlərində və ya xaricdə olan qohumları haqqında məlumatlar, nominantların ideya və planları haqda məruzələrini dinləyərdilər, ən azı indi dəbdə olan “pitçinq”(müdafiə) edərdilər”.

ANS rəhbəri vurğulayıb ki, axı, bu adamlar Azərbaycanın ən çətin zonası olan Qarabağda müxtəlif dillərdə hazırladığı məlumat, bədii və sənədli verilişləri hazırlayıb yayıma buraxacaqlar: 

“Bu amalla gecə-gündüz hazırlaşdığımız ev tapşırıqlarını yüksək səviyyədə cilaladıq, aparıcılarımızı və redaktorlarımızı götürüb gəldik MTRŞ-ya. Amma yuxarıda qeyd etdiklərimin heç birisini görmədik və gözlədiyimiz həyəcanı hiss etmədik. Hər şey çox asan və trivial şəkildə baş verdi – toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri nominantları sadəcə artıq pərdə arxasında hazırlanmış qərarı ilə tanış edərək, seçilmiş qalibi elan etdi”.

O, qalibin CBC (Caspian Broadcasting Company) şirkəti olduğunu diqqətə çatdırıb:

“Odur ki, əziz Dostlar, bizi ANS uğrunda vuruşmamaqda suçlamayın. Biz istəyirik ki, bizdə olan bilik və təcrübə ilə Xalqımıza və Vətənimizə faydalı olaq. Lakin hər şey bizim istədiyimiz kimi olmur, əksinə, bugün mədəni-maarif və media sahəsində bir sıra vacib şeylər bizim istəmədiyimiz kimi olur.

Hər halda toplantının sonunda mən Azərbaycanda ilk FM Radiosu, Milli Qəhrəman Çingiz Mustafayev adına ANS-ÇM radiostansiyanın yaradıcısı kimi, CBC-FM təşkilatını təbrik etdim, onlara ağır və məsuliyyətli işlərində bilik, təşəbbüskarlıq və ən əsası, uğurlar arzu etdim və bütün işlərində onlara dəstək olacağımıza söz verdim. Təəssüf ki, nominantlardan CBC-ni yalnız biz, ANS təbrik etdi, amma düşünürəm bu səhvdir – onları hamı təbrik etməli idi! Biz hamımız Qarabağda çalışan Azərbaycan Radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər.

Vətən sağ olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin